Geri

"Könüllü yanğın drujinalarında xidmətin təşkili" mövzusunda seminar keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 12 aprel 2018-ci il tarixində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun xam neftin qəbulu və nəqli üzrə 6 nömrəli sahəsində yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirmişdir. "Könüllü yanğın drujinalarında xidmətin təşkili" mövzusunda keçirilən seminarda həyat fəaliyyətinin təhlükəsizliyi və yanğından mühafizə qaydaları haqqında  ətraflı məlumat verilmişdir.  

Seminarda yanğın təhlükəsizliyinə dair tələblərin öyrənilməsinin vacibliyi qeyd olunmuş, müvafiq tövsiyələr verilmişdir. Eyni zamanda mühəndis-texniki işçilər, fəhlə və qulluqçular ilkin yanğınsöndürmə vasitələri, onların təsnifatı, tətbiqi qaydası haqqında da maarifləndirilmişlər.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti iri ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti aprel ayıının 25-də FHN-in Sumqayıt Regional Mərkəzi ilə birgə “Sumqayıt”, “Karvan”, “Cavid”, “Xəlifə” və “Səfərli” ticarət mərkəzlərinin, “Jalə-94” firmasının, “Vicdan-1” MMC-nin (avtomobil bazarı), “Qayalı”, “Fəxri”, “Pioner” və “Qobustan” istehsalat ticarət mərkəzlərinin, “Qalatasaray” Səbuni-10” firmasının və digər ticarət mərkəzlərinin rəhbərləri......

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 25 aprel 2018-ci il tarixində Saatlı rayonu, 3 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 25 aprel 2018-ci il tarixində Xızı rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirmişdir. ...

Ardını oxu