Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 13 aprel 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Naftalan şəhər Mədəniyyət və turizm şöbəsinində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları barədə  biliklərin  aşılanması olmuşdur.

Toplantıda Aran Regional Mərkəzinin, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və Naftalan şəhər ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Meşədə yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş olunmuşdur. 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti iri ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti aprel ayıının 25-də FHN-in Sumqayıt Regional Mərkəzi ilə birgə “Sumqayıt”, “Karvan”, “Cavid”, “Xəlifə” və “Səfərli” ticarət mərkəzlərinin, “Jalə-94” firmasının, “Vicdan-1” MMC-nin (avtomobil bazarı), “Qayalı”, “Fəxri”, “Pioner” və “Qobustan” istehsalat ticarət mərkəzlərinin, “Qalatasaray” Səbuni-10” firmasının və digər ticarət mərkəzlərinin rəhbərləri......

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 25 aprel 2018-ci il tarixində Saatlı rayonu, 3 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 25 aprel 2018-ci il tarixində Xızı rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirmişdir. ...

Ardını oxu