Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzi 9 mart 2018-ci il tarixində Zərdab şəhər 1 nömrəli məktəb-liseyində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda  maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirin keçirilməsində məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri, baş vermiş hadisələr zamanı davranış qaydaları,yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, yanğınlar zamanı davranış qaydaları mövzularında biliklərin  aşılanması olmuşdur.

Tədbirdə Mərkəz əməkdaşlarının  “Fövqəladə hal nədir?”, “Zəlzələ zamanı nə etməli?”, “ Məişətdə yanğın zamanı davranış qaydaları”,  “Sel və daşqın zamanı nə etməli?”, “Dəm qazı təhlükəsi”, “112” qaynar xəttinə hansı hallarda müraciət etmək olar”, eləcə də müasir  yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları mövzularında məruzələri dinlənilmişdir. Sonda iştirakçılara FHN-in hazırladığı məlumat kitabçaları paylanmış, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində Xızı rayonu Ağdərə Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Regional Mərkəzlə yerli özünüidarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda dəyirmi masa keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə kursları təşkil etmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 1-15 sentyabr 2018-ci il tarixlərində Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayonların ümumtəhsil müəssisələrində mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar təşkil etmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Qarabağ Regional Mərkəzi 18 sentyabr 2018-ci il tarixində Beyləqan rayon “Yeni Xocavənd” qəsəbəsində yerləşən Xocavənd rayon Kuropatkin kənd Uşaq Bağçasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları”  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu