Geri

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə 9 mart 2018-ci il tarixində Abşeron rayon Novxanı kəndinin dənizkənarı ərazilərində kiçikhəcmli gəmi istifadəçiləri ilə “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı”na dair maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları, qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsi, gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınması qaydaları haqqında ətraflı məlumat verilmişdir. Eyni zamanda kiçikhəcmli gəmi istifadəçiləri xilasedici vasitələr, onların təsnifatı və istifadə qaydaları ilə bağlı da maarifləndirilmişlər.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 18 dekabr 2018-ci il tarixində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti”...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 18 dekabr 2018-ci il tarixində Bərdə rayonu Gərənə kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.  ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 14 dekabr 2018-ci il tarixində Kürdəmir rayon Atakişili kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu