Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 7 mart 2018-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə açan Penitensiar Xidmətin rəis müavini ədliyyə polkovniki Məhərrəm Qafarov Penitensiar Xidmətin müəssisələrinin bu gün müasir tələblər səviyyəsində yenidən qurulduğunu, beynəlxalq standartlara uyğunlaşdırıldığını, məhkumların təhlükəsiz şəraitdə saxlanması istiqamətində məqsədyönlü iş aparıldığını qeyd etmiş və yanğın təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin vacibliyini, Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə iş fəaliyyətinin uğurlu və səmərəli olduğunu bildirmişdir.

Sonra çıxış edənlər mühum mühafizə obyektləri sayılan penitensiar xidmətin müəssisələrində son illər yanğın təhlükəsizliyi ilə bağlı aparılan tədbirlərdən, elektrik və qaz təsərrüfatından istifadə zamanı normativ sənədlərin tələblərinə riayət olunmasından, yanğınların söndürülməsində mühüm rol oynayan su mənbələrinin vəziyyətindən, müasir ilkin yanğınsöndürən vasitələrlə (odsöndürən şarlarla) təchiz edilməsindən, avtomatik yanğınxəbərverici və yanğınsöndürmə qurğularının əhəmiyyətindən danışmış, şəxsi heyətin və xüsusi kontingentin fövqəladə hallar zamanı davranış qaydaları, həyata keçirilməsi zəruri olan təhlükəsizlik tədbirləri barədə məlumat vermişlər.

Sonda FHN DYNX ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşlarının yanğın təhlükəsizliyinin qorunmasında birgə səylərinin davam etdirilməsinin vacibliyi vurğulanmış, tədbir iştirakçılarına yanğın təhlükəsizliyi mövzusunda nəşr olunmuş xüsusi bukletlər, kitabçalar və plakatlar paylanmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 18 dekabr 2018-ci il tarixində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti”...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 18 dekabr 2018-ci il tarixində Bərdə rayonu Gərənə kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.  ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 14 dekabr 2018-ci il tarixində Kürdəmir rayon Atakişili kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu