Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 7 mart 2018-ci il tarixində Gəncə şəhəri  N.Hüseynov adına 38 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə Gəncə Regional Dövlət Yangın Nəzarəti İdarəsinin əməkdaşları da iştirak etmişdir.

Toplantının keçirilməsində məqsəd məktəbin kollektivinə müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olmuşdur.

Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, “112” qaynar telefon xətti”, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilmiş, mövzulara aid fotoslaydlar, videoçarxlar nümayiş olunmuşdur.

Sonda suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 18 dekabr 2018-ci il tarixində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti”...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 18 dekabr 2018-ci il tarixində Bərdə rayonu Gərənə kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.  ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 14 dekabr 2018-ci il tarixində Kürdəmir rayon Atakişili kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu