Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 7 mart 2018-ci il tarixində Xaçmaz rayonu Köhnə Xaçmaz kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda  növbəti  maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə təbii və texnogen xarakterli  fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, ildırım, sel və daşqın zamanı hərəkət qaydaları kimi mövzularda ətraflı məlumat  verilmişdir. Toplantıda məişətdə və nəqliyyatda yanğın, dəm qazı, zəlzələ və torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə hadisələrin vaxtında aradan qaldırılmasında “112” qaynar xətti”nin roluna dair məruzələr edilmişdir.

Sonda  mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır

Digər məlumatlar

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 20 iyun 2018-ci il tarixində Neftçala rayonu Xolqaraqaşlı kənd sahə xəstəxanasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi dəyirmi masa keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 20 iyun 2018-ci il tarixində Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində fəaliyyət göstərən Laçın rayon İcra Hakimiyyətinin ictimai-siyasi orqanı olan "Laçın" qəzetinin redaksiyasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda dəyirmi masa keçirmişdir....

Ardını oxu

FHN-in regional mərkəzlərində və qurumlarında Milli Qurtuluş Günü qeyd edilmişdir

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir. ...

Ardını oxu