Geri

FHN işçilərinin Həmkarlar İttifaqı 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirmişdir

7 mart 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı FHN-in Bakı Regional Mərkəzində 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirmişdir.

Tədbiri açıq elan edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov nazirliyin qadın əməkdaşlarını Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etmiş, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan bəhs etmişdir. O, vurğulamışdır ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi göstərmiş, ülvi, ali hisslərini qoruyub saxlamışlar.

M.İsmayılov qeyd etmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasi kursun ayrılmaz tərkib hissəsi kimi qadınların sosial-iqtisadi, siyasi həyatın bütün sferalarında normal fəaliyyətlərinin təmin edilməsi, onların cəmiyyətdə rolunun artırılması və gender bərabərliyinin təmin edilməsi sahəsində vacib tədbirlər görülmüşdür. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanda qadın problemlərinin həlli istiqamətində gördüyü mühüm işlərdən də danışmışdır.

Sonda Fövqəladə Hallar Nazirliyinin Aparatı və qurumlarında fəaliyyət göstərən Həmkarlar İttifaqı komitələrinin qadın həmsədrləri və yubiley yaşları tamam olan qadın əməkdaşlarına qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 18 dekabr 2018-ci il tarixində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti”...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 18 dekabr 2018-ci il tarixində Bərdə rayonu Gərənə kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.  ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 14 dekabr 2018-ci il tarixində Kürdəmir rayon Atakişili kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu