Geri

FHN işçilərinin Həmkarlar İttifaqı 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirmişdir

7 mart 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı FHN-in Bakı Regional Mərkəzində 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirmişdir.

Tədbiri açıq elan edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov nazirliyin qadın əməkdaşlarını Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etmiş, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan bəhs etmişdir. O, vurğulamışdır ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi göstərmiş, ülvi, ali hisslərini qoruyub saxlamışlar.

M.İsmayılov qeyd etmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün möhtərəm Prezident cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasi kursun ayrılmaz tərkib hissəsi kimi qadınların sosial-iqtisadi, siyasi həyatın bütün sferalarında normal fəaliyyətlərinin təmin edilməsi, onların cəmiyyətdə rolunun artırılması və gender bərabərliyinin təmin edilməsi sahəsində vacib tədbirlər görülmüşdür. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanda qadın problemlərinin həlli istiqamətində gördüyü mühüm işlərdən də danışmışdır.

Sonda Fövqəladə Hallar Nazirliyinin Aparatı və qurumlarında fəaliyyət göstərən Həmkarlar İttifaqı komitələrinin qadın həmsədrləri və yubiley yaşları tamam olan qadın əməkdaşlarına qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in regional mərkəzlərində və qurumlarında Milli Qurtuluş Günü qeyd edilmişdir

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir

13 iyun 2018-ci il tarixində FHN-in Bakı Regional Mərkəzində Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (PPRD East II) II fazası çərçivəsində adı çəkilən proqramının mütəxəssislərinin iştirakı ilə Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir. ...

Ardını oxu

FHN-in əməkdaşları cüdo üzrə Azərbaycan birinciliyinin qalibi olmuşlar

12-13 iyun tarixlərdə Sumqayıt şəhərindəki Sumqayıt Olimpiya Kompleksində U-23 Gənclər Arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Çempionatda 48 konandadan 335 idmançı qüvvələrini sınamışdır. ...

Ardını oxu