Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən 6 mart 2018-ci il tarixində İsmayıllı şəhər 7 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə məktəbin kollektivi iştirak etmişdir.

Toplantıda dinləyicilərə “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Nəqliyyat qəzaları” və “112” qaynar xətti” haqqında geniş məlumatlar verilmiş, həmçinin, mövzulara dair videoçarxlar nümayiş olunmuşdur.

Sonda şagirdlərə “Fövqəladə hallarla bağlı əsas davranış qaydaları” adlı maarifləndirici kitablar paylanılmış, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in regional mərkəzlərində və qurumlarında Milli Qurtuluş Günü qeyd edilmişdir

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir

13 iyun 2018-ci il tarixində FHN-in Bakı Regional Mərkəzində Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (PPRD East II) II fazası çərçivəsində adı çəkilən proqramının mütəxəssislərinin iştirakı ilə Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir. ...

Ardını oxu

FHN-in əməkdaşları cüdo üzrə Azərbaycan birinciliyinin qalibi olmuşlar

12-13 iyun tarixlərdə Sumqayıt şəhərindəki Sumqayıt Olimpiya Kompleksində U-23 Gənclər Arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Çempionatda 48 konandadan 335 idmançı qüvvələrini sınamışdır. ...

Ardını oxu