Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 6 mart 2018-ci il tarixində “FHN-in Akademiyası kursantlarının bilik və bacarıqlarının artırılması məqsədilə yanğın qəza-xilasetmə işinin aparılması taktikası” mövzusunda təlim-məşq keçirilmişdir. Nazirliyin əsas fəaliyyət planına uyğun olaraq keçirilən təlim-məşqin təşkilatçıları FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri baş idarəsi, Baş əməliyyat idarəsi, Dövlət Yanğından Mühafizə Xidməti və nazirliyin Akademiyası olmuşdur.

Tədbirin keçirilməsində məqsəd kursantların yanğın təhlükəsizliyinə dair nəzəri biliklərinin daha da artırılması, onlara sözügedən sahə ilə bağlı peşəkar vərdişlərin aşılanması olmuşdur.

Təlim-məşqin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, əhalinin təxliyəsi, ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirmə məşğələsi keçirilmiş, yanğın təhlükəsizliyinə dair məlumatlar verilmişdir.

Tədbirin ikinci – praktik mərhələsində isə xüsusi texnika və canlı qüvvənin iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi üzrə məşqlər keçirilmişdir.

Təlim-məşqdə ümumilikdə 10 xüsusi texnika və 30-a yaxın yanğın xilasedicisi, eyni zamanda həkim briqadası, FHN-in yuxarıda adı çəkilən qurumlarının məsul əməkdaşları, Akademiyanın şəxsi heyəti və kursantları iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 18 dekabr 2018-ci il tarixində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti”...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 18 dekabr 2018-ci il tarixində Bərdə rayonu Gərənə kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.  ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 14 dekabr 2018-ci il tarixində Kürdəmir rayon Atakişili kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu