Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi FHN-in yerli qurumlarının əməkdaşları ilə birlikdə 6 mart 2018-ci il tarixində Füzuli rayonu Arayatlı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin sözügedən sahədəki biliklərinin daha da təkmilləşdirilməsi olmuşdur.

Toplantıda “Dəm qazı”, “Zəlzələ”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “112” qaynar xəttinə müraciət qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları”, “Əyində geyim yanarkən davranış qaydaları” mövzularında məruzələr edilmişdir.

Daha sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin gücləndirilməsinin, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır. Sonda mövzularla bağlı videoçarxlar nümayiş olunmuş, təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış materiallar paylanmışdır.

Digər məlumatlar

FHN-in regional mərkəzlərində və qurumlarında Milli Qurtuluş Günü qeyd edilmişdir

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilmişdir. ...

Ardını oxu

Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir

13 iyun 2018-ci il tarixində FHN-in Bakı Regional Mərkəzində Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (PPRD East II) II fazası çərçivəsində adı çəkilən proqramının mütəxəssislərinin iştirakı ilə Daşqın Risklərinin İdarəedilməsi üzrə ilk işçi görüşü keçirilmişdir. ...

Ardını oxu

FHN-in əməkdaşları cüdo üzrə Azərbaycan birinciliyinin qalibi olmuşlar

12-13 iyun tarixlərdə Sumqayıt şəhərindəki Sumqayıt Olimpiya Kompleksində U-23 Gənclər Arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilmişdir. Çempionatda 48 konandadan 335 idmançı qüvvələrini sınamışdır. ...

Ardını oxu