Geri

"Şimal Elektrik Stansiyası"nda yanğın təhlükəsizliyinə dair tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 5 mart 2018-ci il tarixində  "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin "Şimal Elektrik Stansiyası"nda yanğın təhlükəsizliyinə dair tədbir keçirmişdir. Tədbirdə   rəhbər və mühəndis heyəti ilə birlikdə obyektin ümumi ərazisinin, istehsalat sahələrinin yanğın təhlükəsizliyi ilə bağlı vəziyyəti öyrənilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılmasına dair tövsiyələr verilmişdir.

Eyni zamanda stansiyada “Energetika müəssisələrində yanğın təhlükəsizliyi: ərazi, bina və avadanlıqlara olan tələblər” mövzusunda nəzəri-praktiki seminar da keçirilmişdir. Seminarda mühəndis və texniki işçilərə, fəhlə və qulluqçulara artıqyüklənmə, qısaqapanma, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər və yanğın təhlükəsizliyinə zidd digər halların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılmışdır.

Tədbirdə yanğın təhlükəsizliyi, ilk tibbi yardımın göstərilməsi qaydaları barədə də məlumat verilmişdir. Toplantıda, həmçinin odsöndürən balonlardan istifadə qaydası əyani nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 18 dekabr 2018-ci il tarixində “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti”...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 18 dekabr 2018-ci il tarixində Bərdə rayonu Gərənə kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.  ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 14 dekabr 2018-ci il tarixində Kürdəmir rayon Atakişili kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu