Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir

Martın 29-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Əvvəlcə, soyqırımı qurbanlarının, dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimi giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Pənah Süleymanov bildirmişdir ki, 1918-ci ilin mart-aprel aylarında tarixi torpaqlarımızın müxtəlif bölgələrində xalqımıza qarşı törədilmiş soyqırımı aktı “Böyük  Ermənistan” xülyasını gerçəkləşdirmək istəyən erməni-daşnak millətçilərinin məkrli planlarının tərkib hissəsidir. Erməni millətçiləri zaman-zaman dədə-baba yurdlarımızda əsassız iddialarını gerçəkləşdirmək üçün Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətini məqsədyönlü şəkildə həyata keçirmiş və tarixdə misli görünməyən vəhşiliklər törətmişlər. O da vurğulanmışdır ki, ümumimilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qaldıqları ilk dəfə rəsmi surətdə bəyan olunmuşdur. Artıq on doqquz ildir ki, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd edilir.

Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamının əhəmiyyətindən danışan Akademiyanın rəisi 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları və bu faktların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlər barədə də ətraflı məlumat vermişdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, professor Elman Nəsirov azərbaycanlıların soyqırımı gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazıldığını diqqətə çatdırmışdır. Baş vermiş faciənin tarixinə toxunan natiq bildirmişdir ki, bu qanlı hadisələr nəticəsində mütəşəkkil erməni birləşmələri tərəfindən on minlərlə günahsız soydaşımız amansızlıqla qətlə yetirilmişdir. Qeyd olunmuşdur ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən əl çəkməyən ermənilər öz havadarlarının köməyi ilə əzəli torpaqlarımızı işğal etməyi özlərinin əsas məqsədlərinə çevirmişlər.

Mərasim iştirakçıları tədbirin sonunda 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş filmi izləmişlər.

Digər məlumatlar

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirləri keçiriblər

18 fevral 2020-сi il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Beyləqan rayon Qəhrəmanlı kəndində fəaliyyət göstərən Cəbrayıl rayon Dağtumas kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Oğuz rayon Çaldaş kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

18 fevral 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lerik şəhər 2 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar rayon ərazisində......

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 fevral 2020-ci il tarixində Cəlilabad şəhər 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu