Geri

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında stolüstü tennis çempionatı keçirilmişdir

12-13 mart 2018-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı ilə nazirliyin qurumları arasında stolüstü tennis çempionatı keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında təşkil edilən çempionata 19 komandadan 100-ə yaxın idmançı qatılmışdır. “Dairəvi” sistem üzrə yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparmışlar.

Zaur Mikayılovun baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA), ikinci yeri Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX), üçüncü yeri isə Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) komandaları tutmuşdur.

Şəxsi göstəricilərə görə birinci yerə Mövlam Xəlilov (FHN-in Şimal-qərb Regional Mərkəzi), ikinci yerə Sakit Quliyev (DYMX),  üçüncü yerə isə Faiq Nəcəfli (FHN-in Akademiyası) layiq görülmüşdür.

Sonda Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun rəisi polkovnik Fizuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalib gəlmiş idmançılara uğurlar arzulamış, hər kəsi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişlər. Komanda və şəxsi hesaba görə qalib gələn idmançılara kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində Xızı rayonu Ağdərə Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Regional Mərkəzlə yerli özünüidarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda dəyirmi masa keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə kursları təşkil etmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 1-15 sentyabr 2018-ci il tarixlərində Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayonların ümumtəhsil müəssisələrində mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar təşkil etmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Qarabağ Regional Mərkəzi 18 sentyabr 2018-ci il tarixində Beyləqan rayon “Yeni Xocavənd” qəsəbəsində yerləşən Xocavənd rayon Kuropatkin kənd Uşaq Bağçasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları”  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu