Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 12 mart 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Masallı rayonu Hişkədərə kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilmiş, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları barədə, eyni zamanda “112” qaynar xətti” haqqında məlumat verilmiş, mövzularla bağlı hazırlanmış fotoslaydlar və videoçarxlar nümayiş olunmuşdur.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Sonda tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 19 sentyabr 2018-ci il tarixində Xızı rayonu Ağdərə Bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Regional Mərkəzlə yerli özünüidarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda dəyirmi masa keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə kursları təşkil etmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 1-15 sentyabr 2018-ci il tarixlərində Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayonların ümumtəhsil müəssisələrində mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar təşkil etmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Qarabağ Regional Mərkəzi 18 sentyabr 2018-ci il tarixində Beyləqan rayon “Yeni Xocavənd” qəsəbəsində yerləşən Xocavənd rayon Kuropatkin kənd Uşaq Bağçasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları”  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu