Geri

DYNX məscidlərdə maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti növbəti maarifləndirmə tədbirini 8 fevral 2018-ci il tarixində Nəsimi rayonunda yerləşən Hacı Əjdərbəy və Səbail rayonunda yerləşən Bibiheybət məscidlərində keçirmişdir. Tədbirlərin keçirilməsində məqsəd ibadət yerlərinin yanğın təhlükəsizliyi ilə bağlı əhalini maarifləndirmək, bu istiqamətdə həyata keçirilən işlərin səmərəsini artırmaq olmuşdur.

Keçirilmiş görüşlərdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilmiş, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, elektrik təsərrüfatının saz vəziyyətdə olması, yanğına qarşı su təchizatına (su hovuzları, su kəmərləri, su çənləri, su hidrantları) qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunmuşdur.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri tədbir iştirakçılarına paylanmışdır.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 20 fevral 2018-ci il tarixində FHN-in yerli qurumlarının əməkdaşları ilə birlikdə Ağcabədi şəhər 8 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 20 fevral 2018-ci il tarixində Abşeron rayonunun Xırdalan şəhərindəki Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Tələbələrin fövqəladə hallara hazır olması daim diqqət mərkəzində” mövzusunda seminar-müşavirə keçirmişdir. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 20 fevral 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Astara rayon Pensər kənd 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu