Geri

DYMX Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda yanğın təhlükəsizliyinə dair tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 7 fevral 2018-ci il tarixində Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədbir keçirmişdir.   

Əvvəlcə, zavodun rəhbər və mühəndis heyəti ilə birlikdə obyektin ümumi ərazisinin, istehsalat sahələrinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair vəziyyəti oyrənilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Texniki baxışdan sonra müəssisənin mühəndis və texniki işçiləri üçün “Neft sənayesinin yanğın təhlükəsizliyi: ərazi, bina və avadanlıqlara olan tələblər” mövzusunda nəzəri-praktiki seminar keçirilmişdir. Seminar iştirakçılarına yanğın təhlükəsizliyinə dair tələblər haqqında ətraflı məlumat verilmişdir. Həmçinin zavod əməkdaşlarının sözügedən məsələlərlə bağlı təlimatlandırılmasının vacibliyi qeyd olunaraq müvafiq tövsiyələr verilmişdir. Toplantıda texniki təhlükəsizliyin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, "Neft, qaz və neft - kimya sənayesində təhlükəsizlik Qaydaları” üzrə biliklərin yoxlanılması, “Yanğın təhlükəsizliyi qaydaları”na əməl olunmasının zəruriliyi də diqqətə çatdırılmışdır.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələri, onların təsnifatı, tətbiq olunma qaydası haqqında ətraflı məlumat verilmiş, odsöndürən balonlardan istifadə olunma qaydası əyani şəkildə nümayiş etdirilmişdir.  

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılmışdır

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə 22 fevral 2018-ci il tarixində Siyəzən rayon Balaca Həmyə kəndinin......

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 21 fevral 2018-ci il tarixində Sumqayıt şəhər 42 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 21 fevral 2018-ci il tarixində Şirvan şəhəri 4 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu