Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 7 fevral 2018-ci il tarixində B.Mehdiyev adına Qubadlı şəhər 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərə fövqəladə hallarla bağlı davranış qaydalarına dair biliklərin aşılanması olmuşdur.

Toplantıda Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, Qubadlı rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, “Sel və daşqın zamanı nə etməli?”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş etdirilmişdir. 

Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyin Akademiyasında elmi-praktik konfrans keçirilmişdir

Noyabrın 15-də FHN-in Akademiyasında Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda elmi-praktik konfrans keçirilmışdir. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi təlim kursu keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 15 noyabr 2018-ci il tarixində Azərbaycan Universitetində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim kursu keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 14 noyabr 2018-ci il tarixində Siyəzən şəhər 3 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu