Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 7 fevral 2018-ci il tarixində Qusar rayonu Şirvanovka tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda növbəti  maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir zamanı müxtəlif xarakterli təbii və texnogen fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə, ildırım, sel və daşqın zamanı hərəkət qaydalarına dair məlumatlar  verilmişdir.         

Toplantıda, həmçinin məişətdə və nəqliyyatda yanğın, dəm qazı, zəlzələ və torpaq sürüşməsi zamanı təhlükəsiz davranış qaydaları, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə halların vaxtında aradan qaldırılmasında “112” qaynar xətti”nin roluna dair məruzələr edilmişdir.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 21 fevral 2019-cu il tarixində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Memarlıq və İnşaat ...

Ardını oxu

FHN-in Baş Əməliyyat İdarəsi ilə Qarabağ Regional Mərkəzi birgə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin və Qarabağ Regional Mərkəzinin  birgə təşkilatçılığı ilə 21 fevral 2019-cu il tarixində Ağcabədi rayon İcra Hakimiyyətində “Fövqəladə Hallar Nazirliyinin qurumları ilə Ağcabədi rayon yerli ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 21 fevral 2019-cu il tarixində Səbail rayonundakı 7 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib....

Ardını oxu