Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 6 fevral 2018-ci il tarixində FHN-in digər yerli qurumlarının əməkdaşları ilə birlikdə Tərtər rayonu Seydimli kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd şagirdlərə həyat fəaliyyətinin təhlükəsizliyinə dair biliklərin aşılanması olmuşdur.

Toplantıda “Dəm qazı”, “Zəlzələ”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “112” qaynar xəttinə müraciət qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları”, “Əyində geyim yanarkən davranış qaydaları” mövzularında məruzələr edilmişdir.

Daha sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin gücləndirilməsinin, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır. Sonda mövzularla bağlı videoçarxlar nümayiş olunmuş, təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış materiallar paylanmışdır.

Digər məlumatlar

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları ilə birgə 18 oktyabr 2018-ci il tarixində Lənkəran rayonunun Aşağı Nüvədi kəndində kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 18 oktyabr ­­­– Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 17 oktyabr 2018-ci il tarixində Xızı rayonu O.Həsənov adına Tıxlı kənd ümumi orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu