Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda yanğına qarşı təbliğat günlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Məcburi Köçkünlərin Sosial  İnkişaf  Fondunun müraciəti əsasında  1-2  fevral  2018-ci il tarixlərində Bərdə şəhərində yerləşən Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Bərdə Peşə Liseyinin və Mingəçevir şəhərində yerləşən yataqxanalarda məskunlaşan məcburi köçkünlər arasında maarifləndirmə işləri aparılmışdır. Tədbirlərdə işıqlandırmaq üçün açıq alovdan (şam, məşəl) istifadə edilməsinin, sobanın üzərində və yanında paltar qurudulmasının, kustar üsulla düzəldilmiş elektrik avadanlıqlarından və elektrik qızdırıcı cihazlarından istifadə edilməsinin, bacaların yaxınlığındakı çardaqlarda tez alışan əşya və məişət qaz balonları saxlanmasının, qaz balonlarından və nasaz qaz cihazlarından istifadə olunmasının, siqaret çəkərkən diqqətsizlik edilməsinin, uşaqların odla dəcəlliyinin real yanğın təhlükəsi yarada bildiyini, tüstü bacalarının ildə iki dəfə təmizlənməsini, mənzildən çıxarkən elektrik avadanlığı, qaz cihazlarını şəbəkədən ayırmağı və söndürməyi unutmamağı, məişətdə yanğın zamanı nə etməli, odsöndürən balonlar və onlardan istifadə qaydalarını sakinlərin nəzərinə çatdırmış və “Vətəndaşların nəzərinə”, “Məişətdə yanğın zamanı davranış qaydaları” adlı yaddaş vərəqələri onlara  paylanmışdır.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 20 fevral 2018-ci il tarixində FHN-in yerli qurumlarının əməkdaşları ilə birlikdə Ağcabədi şəhər 8 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 20 fevral 2018-ci il tarixində Abşeron rayonunun Xırdalan şəhərindəki Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Tələbələrin fövqəladə hallara hazır olması daim diqqət mərkəzində” mövzusunda seminar-müşavirə keçirmişdir. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 20 fevral 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Astara rayon Pensər kənd 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu