Geri

FHN işçilərinin Həmkarlar İttifaqı Dövlət Yanğından Mühafizə Xidmətində tədbir keçirmişdir

2 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində çalışan, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş, 50 və 60 illik yubiley yaşları tamam olmuş təcrübəli əməkdaşların FHN işçiləri Həmkarlar İttifaqı tərəfindən mükafatlandırılması ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov, FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin Aparat və qurumlarının nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən söhbət açmış, yubilyarları təbrik etmişdir.

Toplantıda çıxış edən Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov əhalinin yanğın təhlükəsizliyinin daha etibarlı şəkildə təmin olunması məqsədi ilə həyata keçirilən tədbirlər, Azərbaycan yanğınsöndürənlərinin fədakar əməyinin dövlət səviyyəsində qiymətləndirilməsi haqqında ətraflı məlumat vermiş, vəzifə borcunu layiqincə yerinə yetirən əməkdaşları təbrik etmişdir.

Sonra Dövlət Yanğından Mühafizə Xidmətində çalışan, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş, 50 və 60 illik yubiley yaşları tamam olmuş təcrübəli əməkdaşlar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

Digər məlumatlar

“Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda mülki müdafiə məşqi keçirilmişdir

Mayın 22-də FHN-in Bakı Regional Mərkəzi tərəfindən “Bakı Telefon Rabitəsi” MMC-də “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilmişdir. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 22 may 2018-ci il tarixində Bərdə şəhər 8 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Toplantıda Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Bərdə rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri də iştirak etmişlər. ...

Ardını oxu

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Qaradağ rayonunda yerləşən N saylı hərbi hissəsində tədbir keçirilmişdir. Tədbirdə FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Aviasiya Dəstənin əməkdaşları iştirak etmişlər. ...

Ardını oxu