Geri

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 8 noyabr 2018-ci il tarixində Gəncə şəhəri M. Mehdizadə adına 4 nömrəli məktəbin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları ” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə həmçinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları da iştirak etmişdir.

Toplantının keçirilməsində məqsəd məktəbin müəllim və şagird kollektivinə  müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olmuşdur.

Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, “112” qaynar telefon xətti, odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilmiş, mövzulara aid slaydlar, videoçarxlar nümayiş olunmuşdur.

Sonda suallar cavablandırılmış və təbliğat materialları məktəbin rəhbərinə təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

19 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında Agentliklə “Azərbaycan Standartlaşdırma İnstitutu”  publik hüquqi şəxsi arasında əməkdaşlıq haqqında Memorandumun imzalanma  mərasimi keçirilib.  ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq klubu yeni nailiyyyət əldə edib

2019-cu il 14-17 mart tarixlərində Sərhədçi İdman Kompleksində Azərbaycan Milli Karate Federasiyasının Gənclər və İdman nazirliyi ilə birgə təşkil etdiyi, federasiyanın yaranmasının 25 illik yubileyinə həsr olunmuş 10-cu Baku Open beynəlxalq karate turniri keçirilib. ...

Ardını oxu

FHN-in əməkdaşı dünya kubokunun qalibi olub

2019-cu ilin 17 mart tarixində Abşeron olimpiya idman kompleksində qarışıq döyüş sənəti  - MMA üzrə Dünya kubokunun final yarışlar keçirilib. ...

Ardını oxu