Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə bayram tədbiri keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 7 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının 9 noyabr-Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə bayram tədbiri keçirilmişdir.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov toplantı iştirakçılarını Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibəti ilə təbrik etmişdir. O, bildirmişdir ki, Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üçrəngli bayrağımızın dövlət atributu kimi qəbul olunması ilk dəfə 1990-cı il noyabr ayının 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında geniş müzakirə edilmişdir. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması haqqında tarixi qərar çıxarılmışdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın dövlət atributlarını həmişə uca tutur. Ölkə başçısının 17 noyabr 2009-cu il tarixində Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında tarixi sərəncamı buna parlaq misaldır. Sərəncama əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Sözünə davam edən P.Süleymanov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası ulu öndər Heydər Əliyevin bilavasitə siyasi uzaqgörənliyi, dönməz iradəsi və gərgin əməyi nəticəsində mümkün olmuşdur. Konstitusiyamız ümumbəşəri ideyaları, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının  milli–mənəvi dəyərlərini əks etdirir. Ölkəmiz demokratik dövlət quruculuğu sahəsində iqtisadiyyatın və sosial–siyasi həyatın inkişafında taleyüklü dəyişikliklərə nail olmuşdur. Ulu öndər Heydər  Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan xalqının maraqlarına xidmət edən sosial–siyasi sahədə Əsas Qanunda əksini tapmış müddəaların reallaşması nəticəsində ölkəmiz daha da qüdrətlənmiş, regionun aparıcı dövlətinə çevrilmişdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, professor Fəzail İbrahimli üçrəngli bayrağımızın yaranma və qəbulu tarixinə qısa nəzər salmış, müqəddəs simvolda əks olunan dəyərlərdən söz açmış, xalqda milli özünüdərk və müstəqillik ideyalarını, həmrəylik duyğularını gücləndirdiyini vurğulamışdır.

Tədbirin sonunda Akademiyanın kursantları Dövlət Bayrağına həsr edilmiş şeirləri qiraət etmişlər.

Digər məlumatlar

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

19 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında Agentliklə “Azərbaycan Standartlaşdırma İnstitutu”  publik hüquqi şəxsi arasında əməkdaşlıq haqqında Memorandumun imzalanma  mərasimi keçirilib.  ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq klubu yeni nailiyyyət əldə edib

2019-cu il 14-17 mart tarixlərində Sərhədçi İdman Kompleksində Azərbaycan Milli Karate Federasiyasının Gənclər və İdman nazirliyi ilə birgə təşkil etdiyi, federasiyanın yaranmasının 25 illik yubileyinə həsr olunmuş 10-cu Baku Open beynəlxalq karate turniri keçirilib. ...

Ardını oxu

FHN-in əməkdaşı dünya kubokunun qalibi olub

2019-cu ilin 17 mart tarixində Abşeron olimpiya idman kompleksində qarışıq döyüş sənəti  - MMA üzrə Dünya kubokunun final yarışlar keçirilib. ...

Ardını oxu