Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Mehmanxana və mehmanxana tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti  növbəti maarifləndirmə tədbirini Qafqaz Sahil-Baku Otelinin Müdürü Atilla Çetinbaşın müraciəti əsasında 6 noyabr 2018-cı il tarixində Bakı şəhərindəki Qafqaz Sahil-Baku Otelinin əməkdaşları üçün  keçirmişdir.

Tədbirdə çıxış edənlər mehmanxana rəhbərlərinin yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıdıqlarını, bütün işçilərin yanğın təhlükəsizliyi qaydalarını dəqiq bilmələri və ciddi yerinə yetirmələrini xüsusi olaraq vurğulayaraq bina və otaqların təmiz saxlanılması, elektrik, havadəyişmə, isitmə, tüstüyə qarşı qurğuların istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri  hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin bütün tələblərinə ciddi əməl olunması, isitmə mövsümü başlanmazdan əvvəl tüstü bacalarının və tüstü borularının təmizlənməsinin vacibliyi barədə ətraflı söhbət açmış, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını əyani surətdə göstərmişlər.

Sonda iştirakçıların sualları cavablandırılmış, mehmanxana və mehmanxana tipli obyektlərin yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı video-stend nümayiş etdirilmiş, həmçinin, eyni adlı yaddaş kitabçası, yanğın təhlükəsizliyi qaydalarından bəhs edən bukletlər metodik vəsait kimi yerlərdə yanğına qarşı təbliğat xarakterli işlərdə istifadə olunması üçün  paylanılmışdır.

Digər məlumatlar

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 14 noyabr 2018-ci il tarixində Siyəzən şəhər 3 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-nin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 14 noyabr 2018-ci il tarixində Abşeron rayonu M. Ələkbərov adına Saray qəsəbə 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 14 noyabr 2018-ci il tarixində Samux rayonu Əhmədbəyli kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu