Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı və FHN-in Şimal-qərb Regional DYNİ-inin iştirakı ilə 6 noyabr 2018-ci il tarixində Ağsu rayonu Ərəbuşağı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə məktəbin kollektivi iştirak etmişdir.

Tədbirdə dinləyicilərə Mərkəz əməkdaşları tərəfindən “Sel və daşqın”, “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürücü balondan istifadə qaydaları” və “112” qaynar xətti”  haqqında geniş məlumatlar verilmiş, şagirdlərə “Fövqəladə hallarla bağlı əsas davranış qaydaları” adlı maarifləndirici kitablar paylanılmış, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

19 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında Agentliklə “Azərbaycan Standartlaşdırma İnstitutu”  publik hüquqi şəxsi arasında əməkdaşlıq haqqında Memorandumun imzalanma  mərasimi keçirilib.  ...

Ardını oxu

FHN-in İdman-sağlamlıq klubu yeni nailiyyyət əldə edib

2019-cu il 14-17 mart tarixlərində Sərhədçi İdman Kompleksində Azərbaycan Milli Karate Federasiyasının Gənclər və İdman nazirliyi ilə birgə təşkil etdiyi, federasiyanın yaranmasının 25 illik yubileyinə həsr olunmuş 10-cu Baku Open beynəlxalq karate turniri keçirilib. ...

Ardını oxu

FHN-in əməkdaşı dünya kubokunun qalibi olub

2019-cu ilin 17 mart tarixində Abşeron olimpiya idman kompleksində qarışıq döyüş sənəti  - MMA üzrə Dünya kubokunun final yarışlar keçirilib. ...

Ardını oxu