Geri

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə işinin təşkili Baş idarəsi Ağdam rayonunda müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə işinin təşkili Baş idarəsinin və Qarabağ Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 9 oktyabr 2018-ci il tarixində  Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən “Heydər Əliyev Mərkəzi”ndə “Mülki müdafiənin mövcud vəziyyəti, problemlər və qarşılıqlı fəaliyyət“ mövzusunda müşavirə keçirilmişdir.

Tədbirdə FHN-in Mülki Müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Qarabağ Regonal Mərkəzinin xidməti ərazisində fəaliyyət göstərən Ağdam, Şuşa, Xocalı, Xocavənd, Bərdə, Ağcabədi, Füzuli, Beyləqan, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl, Kəlbəcər və Tərtər rayonlarının Fövqəladə Hallar komissiyalarının sədrləri, Ağdam rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiəyə cavabdeh şəxsləri iştirak etmişlər.

Müşavirənin keçirilməsində əsas məqsəd region ərazisində mülki müdafiə sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndiriməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması olmuşdur.  

Müşavirədə Mülki Müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov çıxış edərək mülki müdafiə sahəsində əhali və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində istər Regional Mərkəz, istərsə də yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, eləcə də mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar tərəfindən əsas diqqətin mülki müdafiə tədbirlərinin planlaşdırılmasına, mülki müdafiə tədbirlərinin vaxtında və keyfiyyətli icra olunmasına, xüsusən cəbhəyanı ərazilərdə əhalinin mülki müdafiə sahəsində maarifləndirmə işinin gücləndirilməsinə, rabitə xəbardarlıq sisteminin daim hazır vəziyyətdə saxlanılmasına, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin işinin lazımi səviyyədə təşkil olunmasına, təlim və məşqlərin planlaşdırılmasının və icrasının təmin edilməsinə, mülki müdafiə qərargahlarının fəaliyyətinin gücləndirilməsinə, eləcə də baş verə biləcək fövqəladə hadisələr zamanı əhalinin və ərazilərin mühafizəsinin etibarlı təmin olunması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Qarabag Regional Mərkəzi və həmin ərazidə fəaliyyət göstərən nazirliyin qurumları ilə yerli icra strukturları və dövlət idarəetmə orqanlarının qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili işinin daha da təkmilləşdirilməsi məsələlərinə yönləndirilməsinin zəruriliyini bildirmişdir.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev öz çıxışlarında mülki müdafiə sahəsində mövcud vəziyyət, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlər, eləcə də qarşıda duran vəzifələr barədə çıxış etmişlər.

Çıxışlarda region ərazisində mülki müdafiə işinin təşkil olunması ilə bağlı mövcud çatışmazlıqlar barədə fikir mübadiləsi aparılmış, nöqsanların aradan qaldırılması istiqamətində təkliflər səsləndirilmişdir.

Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə rayon mülki müdafiə xidmət və qüvvələrinin birgə fəaliyyətinə dair kompleks mülki müdafiə təliminin videoçarxı nümayiş etdirilmişdir.

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 17 oktyabr 2018-ci il tarixində Xızı rayonu O.Həsənov adına Tıxlı kənd ümumi orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi Naftalan şəhərində “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində Naftalan şəhəri Maliyyə idarəsinin inzibati binasında “Fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti olaraq köçürülməsi, maddi və mədəni sərvətlərin evakuasiya (təxliyə) edilməsi və digər təxirəsalınmaz tədbirlərin planlaşdırılması və həyata keçirilməsində Nazirliyin struktur bölmələri və müvafiq......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 17 oktyabr 2018-ci il tarixində Qusar şəhəri 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu