Geri

Yardım qəbul edən ölkənin dəstəyi üzrə ilk işçi görüşü keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində 4 oktyabr 2018-ci il tarixində Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının (PPRD East II) II fazası çərçivəsində “Yardım Qəbul Edən Ölkənin Dəstəyi” üzrə ilk işçi görüşü keçirilmişdir. Görüşdə Şərq proqramının mütəxəssisləri də iştirak etmişlər.

Tədbirdə PPRD East II Şərq proqramı çərçivəsində yardım qəbul edən ölkənin dəstəyi sahəsində həyata keçirilmiş fəaliyyətlər və bu sahədə əldə olunmuş nailiyyətlər təqdim edilmişdir. Görüşdə, həmçinin Avropa İttifaqının “MOLDEX2017” geniş miqyaslı sahə təlimində yardım qəbul edən ölkənin dəstəyi sahəsində əldə olunmuş təcrübə ilə də tanış olmuşlar. Tədbirdə yardım qəbul edən ölkənin dəstəyi sahəsində cavabdeh olan dövlət orqanları və mülki müdafiə fəaliyyətinə cəlb olunmuş digər tərəfdaşların vəzifələri və funksiyaları nəzərdən keçirilmişdir. Eyni zamanda fəlakətlər zamanı qarşılıqlı fəaliyyəti nəzərdə tutan və Avropa İttifaqının yardım qəbul edən ölkənin dəstəyi ilə bağlı qaydalarını nəzərə almaqla hazırlanacaq standart əməliyyat prosedurları və qurumlararası əlaqələndirmə, qanunvericilik bazasının inkişaf etdirilməsi üzrə plan müzakirə olunmuşdur.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin, Fövqəladə Hallar, Səhiyyə, Daxili İşlər və Xarici İşlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Dəniz Agentliyinin, Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 17 oktyabr 2018-ci il tarixində Xızı rayonu O.Həsənov adına Tıxlı kənd ümumi orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi Naftalan şəhərində “dəyirmi masa” keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 16 oktyabr 2018-ci il tarixində Naftalan şəhəri Maliyyə idarəsinin inzibati binasında “Fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti olaraq köçürülməsi, maddi və mədəni sərvətlərin evakuasiya (təxliyə) edilməsi və digər təxirəsalınmaz tədbirlərin planlaşdırılması və həyata keçirilməsində Nazirliyin struktur bölmələri və müvafiq......

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 17 oktyabr 2018-ci il tarixində Qusar şəhəri 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu