Geri

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin final mərhələsinə yekun vurulmuşdur

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və FHN işçiləri Həmkarlar İttifaqı tərəfindən təşkil edilmiş yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin final mərhələsinə yekun vurulmuşdur. Respublika birinciliyi Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin peşə və fiziki hazırlığının yüksəldilməsi və eləcə də yanğın-xilasetmə idmanının Nazirlik əməkdaşları arasında populyarlaşdırılması, gənclər arasında bu idman növünün təbliği məqsədilə keçirilmişdir. Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyi əvvəlcə regionlar üzrə keçirilmişdir. Regionlarda keçirilmiş yarışların final mərhələsinə 13 komanda vəsiqə qazanmışdır. Finalda iştirak edən 100-dən artıq idmançı 3 mərhələdə - təlim qülləsinə qalxma, 100 metrlik maneə zolağını dəf etmə və döyüş açılışında qüvvələrini sınamışlar. 8 oktyabr 2018-ci il tarixində birinciliyin başa çatması ilə əlaqadar olaraq Bakı şəhəri NM üzrə YMD-nın idman bazasında tədbir keçirilmişdir.

Tədbirdə yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin qalibləri elan olunmuşdur. Birincilikdə təlim qülləsinə qalxmaq üzrə mübarizədə 1-ci yerə Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin böyük yanğınsöndürəni Əmin Kərimxanlı, 2-ci yerə Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin manqa komandiri Seymur Məmmədov, 3-cü yerə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin yanğınsöndürəni Asəf İbrahimov layiq görülmüşdür.

100 metrlik maneə zolağının dəf edilməsi üzrə yarışda isə qalib Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin yanğınsöndürəni Anar Quliyev olmuşdur. Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin manqa komandiri Seymur Məmmədov 2-ci yeri, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürəni Vüsal Tahirov isə 3-cü yeri tutmuşdur.

Döyüş açılışı üzrə yarışlarda Xəzər rayon Dövlət Yanğından Mühafizə Hissəsi 1-ci, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsi 2-ci, Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsi isə 3-cü yerə çıxmışdır.

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin nəticələri ümumiləşdirilərək komanda üzrə qaliblər müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 2-ci komandası birinciliyin qalibi olmuşdur. 2-ci yerə Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin komandası, 3-cü yerə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 1-ci komandası layiq görülmüşdür.

FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavinləri daxili xidmət polkovnikləri Rasim Kərimov və Rza Xudiyev tərəfindən qaliblərə medal və diplomlar, qiymətli hədiyyələr təqdim edilmişdir.

 

 

 

 

 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 19 dekabr 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran şəhər 1 nömrəli ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 19 dekabr 2018-ci il tarixində Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində “Fövqəladə hallarla bağlı davranış və...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 dekabr 2018-ci il tarixində Siyəzən şəhər 5 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” ...

Ardını oxu