Geri

FHN-in Bakı Regional Mərkəzi Nəsimi rayon İcra Hakimiyyətində müşavirə keçirmişdir

FHN-in Bakı Regional Mərkəzi payız-qış mövsümünə hazırlıq çərçivəsində  oktyabr ayının 31-də Nəsimi rayon İcra Hakimiyyətində “Yanğın təhlükəsizliyinin təmin olunmasında fövqəladə hallar, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda növbəti rayon müşavirəsi keçirmişdir.

Tədbirdə Nəsimi rayon İcra hakimiyyəti, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat, o cümlədən aidiyyəti rayon xidmətlərinin və təhsil müəssisələrinin, qaz, elektrik enerjisi və su təchizatı qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri, eləcə də FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etmişlər.

Müşavirəni giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov yanğın təhlükəsizliyi sahəsindəki problemlərdən söz açmış, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində əməkdaşlığın əhəmiyyətindən danışmışdır.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin və Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri müvafiq olaraq “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxış etmiş, yanğınların baş vermə səbəbləri, yanğından mühafizə qaydaları, eləcə də yanğın hadisələri zamanı qarşıya çıxan problemlər barədə danışmışlar.

Tədbirdə, həmçinin Bakı şəhərində 2017 və 2018-ci illərin müvafiq dövrü ərzində baş vermiş yanğınların müqayisəli statistikası tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Çıxışlardan sonra məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunmuşdur.

Müşavirədə müvafiq qurumların vəzifəli şəxsləri tərəfindən “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Yanğın zamanı ilkin tibbi yardım”, “Rayonda qaz təsərrüfatının mövcud  vəziyyəti, problemlər və həlli yolları” və “Baş vermiş yanğın hadisələri zamanı ictimai asayişin təşkili” mövzularında çıxışlar etmişlər.  

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib

Martın 3-dən 6-dək Soçi şəhərində Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

10 mart 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qazıqurdalı kənd həkim məntəqəsində, Füzuli rayon Yeni Azərbaycan...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin karate komandası yeni uğurlara imza atıb

5-8 mart 2020-ci il tarixlərində Bakı şəhərində yerləşən Boks arenasında Karate WKF idman növü üzrə 11-ci “Baku open” beynəlxalq turniri keçirilib....

Ardını oxu