Geri

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı dünya çempionu olmuşdur

4-7 oktyabr 2018-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində kişi və qadınlar arasında WRPF (Poverlifting) üzrə Dünya çempionatı keçirilmişdir. Çempionatda Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov da ölkəmizi təmsil edən 13 idmançı arasında yer almışdır. R.Xəlilov əvvəlki yarışlarda olduğu kimi, bu dəfə də əzmkarlıqla mübarizə apararaq rəqiblərindən üstün olduğunu sübut etmiş və Dünya çempionu adına layiq görülmüşdür.

Qeyd edək ki, Rövşən Xəlilov Azərbaycan çempionu və rekordçusu olmaqla yanaşı, 2 qat dünya çempionu və fəxri idman ustasıdır.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi uşaq bağçası-körpələr evində “dəyirmi masa” keçirib

18 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşklilatçılığı, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Beyləqan rayon 7 nömrəli Uşaq Bağçası-Körpələr Evində “Fövqəladə hallarla bağlı qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxanada maarifləndirmə tədbiri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti 18 iyun 2019-cu il tarixində Səbail rayonu, H.Rzayeva küçəsi 3 ünvanda yerləşən “Promenade Hotel”  mehmanxanasında növbəti maarifləndirmə tədbirini keçirib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə Dövlət Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirib. ...

Ardını oxu