Geri

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılmışdır

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə 10 oktyabr 2018-ci il tarixində Şabran rayonunun Çayqaraqaşlı kəndində maarifləndirmə tədbiri keçirmişdir.

“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən təbdirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak etmişdir. İstifadəçilərə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilmişdir. Həmçinin onlara kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasnın və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılmışdır. Eyni zamanda kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilmişlər.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılmışdır.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi uşaq bağçası-körpələr evində “dəyirmi masa” keçirib

18 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşklilatçılığı, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Beyləqan rayon 7 nömrəli Uşaq Bağçası-Körpələr Evində “Fövqəladə hallarla bağlı qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxanada maarifləndirmə tədbiri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti 18 iyun 2019-cu il tarixində Səbail rayonu, H.Rzayeva küçəsi 3 ünvanda yerləşən “Promenade Hotel”  mehmanxanasında növbəti maarifləndirmə tədbirini keçirib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə Dövlət Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirib. ...

Ardını oxu