Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 10 oktyabr 2018-ci il tarixində Ağcabədi rayon Taxta Körpü qəsəbəsində fəaliyyət göstərən Laçın rayon Nurəddin kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin şagirdlərin baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilmişdir.

Görüşdə “Sel və daşqın”, “Zəlzələ”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “112” qaynar xətti”nə müraciət qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları”, “Əyində geyim yanarkən davranış qaydaları” mövzularında çıxışlar edilmiş, mövzunu davam etdirən videoçarxlardan istifadə olunmuşdur.

Sonda suallar cavablandırılmış, maairfləndirici çap materialları paylanılmışdır.

Görüşdə FHN-in yerli qurumlarının və rayon Təhsil şöbəsinin nümayəndələri də iştirakı etmişlər.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 21 fevral 2019-cu il tarixində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Memarlıq və İnşaat ...

Ardını oxu

FHN-in Baş Əməliyyat İdarəsi ilə Qarabağ Regional Mərkəzi birgə seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin və Qarabağ Regional Mərkəzinin  birgə təşkilatçılığı ilə 21 fevral 2019-cu il tarixində Ağcabədi rayon İcra Hakimiyyətində “Fövqəladə Hallar Nazirliyinin qurumları ilə Ağcabədi rayon yerli ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 21 fevral 2019-cu il tarixində Səbail rayonundakı 7 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib....

Ardını oxu