Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 10 oktyabr 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik rayon Piran kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Təhsil şöbəsinin əməkdaşları və məktəbin kollektivi iştirak etmişdir.

Toplantıda təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına dair məruzələr edilmiş, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları barədə, eyni zamanda “112” qaynar xətti” haqqında məlumat verilmiş, mövzularla bağlı fotoslaydlar nümayiş olunmuşdur.

Daha sonra təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır.

Sonda tədbir iştirakçılarına mövzulara dair videoçarx nümayiş olunmuş, maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılmışdır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 19 dekabr 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran şəhər 1 nömrəli ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 19 dekabr 2018-ci il tarixində Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində “Fövqəladə hallarla bağlı davranış və...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 19 dekabr 2018-ci il tarixində Siyəzən şəhər 5 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” ...

Ardını oxu