Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi 9 oktyabr 2018-ci il tarixində Balakən rayonu Şərif kənd 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə dinləyicilərə “Fövqəladə hallar barədə ümumi məlumat”, “Sel və daşqın”, “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları” və “112” qaynar xətti” haqqında geniş məlumatlar verilmişdir. Mövzular video və slaydlar vasitəsilə müşayiət olunmuşdur. Mərkəz əməkdaşları tərəfindən şagirdlərə “Fövqəladə hallarla bağlı əsas davranış qaydaları” adlı maarifləndirici kitablar verilmiş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi uşaq bağçası-körpələr evində “dəyirmi masa” keçirib

18 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin təşklilatçılığı, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Beyləqan rayon 7 nömrəli Uşaq Bağçası-Körpələr Evində “Fövqəladə hallarla bağlı qaydaları” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxanada maarifləndirmə tədbiri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti 18 iyun 2019-cu il tarixində Səbail rayonu, H.Rzayeva küçəsi 3 ünvanda yerləşən “Promenade Hotel”  mehmanxanasında növbəti maarifləndirmə tədbirini keçirib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə Dövlət Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirib. ...

Ardını oxu