Geri

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 10 yanvar 2018-ci il tarixində Biləsuvar rayonu 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbir şagirdlərin fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaq məqsədilə keçirilmişdir. Toplantıda Mərkəzin əməkdaşları fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, meşə yanğınları, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası, “112” qaynar xətti”nin faəliyyətinə dair məruzələrlə çıxış etmişlər. Tədbirdə, həmçinin daşqın, zəlzələ, dəm qazından zəhərlənmənin qarşısının alınması ilə bağlı davranış qaydaları izah edilmişdir. Toplantıda sözügedən mözuları əks etdirən videoçarxlar da nümayiş olunmuşdur.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində xarici diplomatlarla görüş keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində  24 aprel 2018-ci il tairixində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin  və Avropa İttifaqının Nümayəndəliyinin təmsilçiləri ilə görüş keçirilmişdir. ...

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılmışdır

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Muğan Regional Mərkəzinin əməkdaşları ilə birgə 24 aprel 2018-ci il tarixində Neftçala rayonunun Mirqurbanlı kəndində maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzərəti Xidməti təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzərəti Xidməti aprel ayının 24-də Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Gənclik Mall” ticarət mərkəzində “Gənclik Mall” Ticarət mərkəzinin şəxsi heyəti ilə birgə təlim keçirmişdir. ...

Ardını oxu