Geri

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 10 yanvar 2018-ci il tarixində Xaçmaz şəhər 4 saylı tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir zamanı məktəbin müəllim və şagird heyətinə təbii və texnogen xarakterli fövqəladə halların yaranma səbəbləri, elektrik təsərrüfatında yanğın təhlükəsizliyi, məişətdə qazdan təhlükəsiz istifadə, ildırım, sel və daşqın zamanı davranış qaydaları barədə məlumat verilmişdir.

Toplantıda məişətdə və nəqliyyatda yanğın, dəm qazı, zəlzələ və torpaq sürüşməsi zamanı təhlükəsizlik qaydaları, odsöndürücü balonlardan istifadə üsulları və fövqəladə halların nəticələrinin vaxtında aradan qaldırılmasında “112” qaynar xəttinin roluna dair məruzələr edilmişdir.

Sonda mövzularla bağlı fotoslayd və videoçarx nümayiş olunmuş, suallar cavablandırılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyində xarici diplomatlarla görüş keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində  24 aprel 2018-ci il tairixində ölkəmizdə akkreditə olunmuş xarici ölkə səfirliklərinin  və Avropa İttifaqının Nümayəndəliyinin təmsilçiləri ilə görüş keçirilmişdir. ...

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılmışdır

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Muğan Regional Mərkəzinin əməkdaşları ilə birgə 24 aprel 2018-ci il tarixində Neftçala rayonunun Mirqurbanlı kəndində maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzərəti Xidməti təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzərəti Xidməti aprel ayının 24-də Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Gənclik Mall” ticarət mərkəzində “Gənclik Mall” Ticarət mərkəzinin şəxsi heyəti ilə birgə təlim keçirmişdir. ...

Ardını oxu