Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 9 yanvar 2018-ci il tarixində FHN-in digər yerli qurumlarının əməkdaşları ilə birlikdə Cəbrayıl rayonu N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd şagirdlərin sözügedən sahədəki biliklərini daha da təkmilləşdirmək olmuşdur.

Toplantıda fövqəladə hallar, onların xüsusiyyətləri barədə məlumat verilmiş, “Dəm qazı”, “Zəlzələ”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “112” qaynar xəttinə müraciət qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları”, “Əyində geyim yanarkən davranış qaydaları”, “Məişətdə civə dağılmaları” mövzularında məruzələr edilmişdir.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin gücləndirilməsinin, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılmışdır. Sonda mövzularla bağlı videoçarxlar nümayiş olunmuş, təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış materiallar paylanmışdır.

Maarifləndirmə tədbirində, həmçinin Cocuq Mərcanlı kənd İnzibati Ərazi Dairəsinin nümayəndələri və kənd sakinləri də iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 13 iyul 2018-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər Telekommunikasiya Qovşağının kollektivi ilə "Fövqəladə hallarla bağlı davranış qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 2018-ci il iyul ayının 10-dan 12-dək “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Biləsuvar, Neftçala və Salyan rayonlarında yanğına qarşı təbliğat işləri və müvafiq maarifləndirmə tədbirləri keçirmiş, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, Xidmət tərəfindən bu məqsədlə hazırlanmış yaddaş......

Ardını oxu

Qəbələdə FHN əməkdaşlarının beşnövçülük üzrə respublika çempionatına yekun vurulmuşdur

İyulun 12-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində beşnövçülük üzrə respublika çempionatına yekun vurulmuşdur. Yarışda nazirliyinin müxtəlif qurumlarını təmsil edən 16 komandanın......

Ardını oxu