Geri

FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində çoxnövçülük üzrə yarışlar keçirmişdir

28-29 sentyabr 2017-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Kiçik Həcmli Gəmilərə Nəzarət və  Sularda Xilasetmə Dövlət Xidmətinin struktur bölmələri arasında çoxnövçülük üzrə yarışlar keçirilmişdir. Yarışda 12 komanda mübarizə aparmışdır.

Buzovna xilasetmə məntəqəsində və Dövlət Yanğından Mühafizə Xidmətinin üzgüçülük hovuzunda keçirilən yarışlarda Kiçik Həcmli Gəmilərə Nəzarət və  Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron yarımadasında yerləşən xilasetmə məntəqələrinin əməkdaşları iştirak etmişdir.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda komanda hesabında “Buzovna” məntəqəsinin komandası 1-ci yeri, “Pirşağı” məntəqəsinin komandası 2-ci yeri, “Corat” məntəqəsinin komandası 3-cü yeri tutmuşdur. Şəxsi birincilikdə isə Vladislav Hacıbalayev qalib olmuş, Roman Vasilyev və Rauf Əliyev müvafiq olaraq ikinci və üçüncü yerə layiq görülmüşdür.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və Kiçik Həcmli Gəmilərə Nəzarət və  Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini Elxan Cəbiyev iştirak etmişdir.

Yarışların mükafatlandırma mərasimində çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov iştirakçıları təbrik etmiş, onlara gələcək yarışlarda uğurlar arzulamışdır.

Qaliblərə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının kubok, medal, diplom və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Digər məlumatlar

Gəncədə “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə 22 iyun 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktik konfrans keçirmişdir....

Ardını oxu

Füzuli rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir

FHN Qarabağ Regional Mərkəzi 22 iyun 2018-ci il tarixində Füzuli rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir

22 iyun 2018-ci il tarixində  Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu