Geri

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış Xilasetmə Dəstəsi Avropa İttifaqının MOLDEX2017 geniş miqyaslı sahə təlimində iştirak etmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış Xilasetmə Dəstəsi cari ilin 19-21 sentyabr tarixlərində Aİ-nin “Təbii və insan tərəfindən törədilmiş fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirlərinin görülməsi” adlı Şərq Proqramı (EU PPRD east) çərçivəsində Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin Fövqəladə Hallara Cavabın Əlaqələndirilməsi Mərkəzi (ERCC) və Moldova Respublikasının Daxili İşlər Nazirliyinin Mülki Müdafiə və Fövqəladə Hallar Xidmətinin birgə təşkilatçılığı ilə Moldova Respublikasının Kişinyov şəhərində keçirilən geniş miqyaslı sahə təlimində iştirak etmişdir.

Sahə təlimi Moldovada baş vermiş zəlzələnin səbəb olduğu dağıntılar, daşqın və kimyəvi qəza zamanı xilasetmə tədbirlərinin görülməsi məqsədilə Moldova Respublikasının yardım üçün müraciətinin Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin Fövqəladə Hallara Cavabın Əlaqələndirilməsi Mərkəzi (ERCC) tərəfindən əlaqələndirilməsi senarisinə uyğun olaraq keçirilmiş və təlim zamanı şəhər axtarış-xilasetmə, daşqından xilasetmə və təhlükəli maddəyə məruz qalmış insanların xilasedilməsi ilə bağlı əməliyyatlar həyata keçirilmişdir. Bu təlimin məqsədi bu sahələrdə əməkdaşlıq, əlaqələndirmə və rabitə imkanlarını və yardım qəbul edən ölkənin dəstəyi ilə bağlı tədbirləri sınaqdan keçirməkdən ibarət olmuşdur.

Təlimdə tərəfdaş ölkələrdən və Avropa İttifaqının üzv ölkələrindən müvafiq xilasetmə komandaları, mütəxəssislər və müşahidəçilər iştirak etmişdirlər. 

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə tədbir keçirmişdir

18 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığl ilə Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Akademiyasında dövlət müstəqilliyinin bərpasının 26-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 18 oktyabr - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə 17 oktyabr 2017-ci il tarixində Şamaxı rayonu Şərədil kənd ümumi orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir....

Ardını oxu