Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 29 sentyabr 2017-ci il tarixində Yevlax şəhər 9 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə hallarda davranış qaydaları, yanğınsöndürmə avadanlıqlarından istifadə üsulları, mənzildə yanğın, dəm qazı zamanı hərəkət qaydaları kimi mövzularında biliklərin  aşılanması olmuşdur.

Tədbirdən əvvəl Mərkəzin Xüsusi Xilasetmə hissəsinin xilasediciləri binada yanğın zamanı  zərərçəkmiş insanların xilas olunması əməliyyatını praktiki yerinə yetirmiş, məktəbin həyətində Qəza xilasetmə avtomobilində olan xilasetmə avadanlıqlarını  müəllim və şagird heyətinə nümayiş etdirmişlər.

Tədbirdə Aran Regional Mərkəzinin xilasediciləri, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları və məktəbin müəllim və şagird heyəti iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, Sel və daşqınlar zamanı davranış qaydaları” “Od söndürücü balonlardan istifadə qaydaları, “Məişətdə yanğın”, “Dəm qazı təhlükəsi”  və “112” qaynar xətti” mövzularında çıxışlar olunmuşdur. Mövzular fotoslaydlar və videoçarxlarla nümayiş olunmuşdur.

Sonda  iştirakçılara  təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış kitabçalar paylanılmışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Qarabağ Regional Mərkəzi 18 sentyabr 2018-ci il tarixində Beyləqan rayon “Yeni Xocavənd” qəsəbəsində yerləşən Xocavənd rayon Kuropatkin kənd Uşaq Bağçasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları”  mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə kursları təşkil etmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 3-13 sentyabr 2018-ci il tarixlərində regionu əhatə edən şəhər və rayonlarda  ümumtəhsil müəssisələrinin mülki müdafiəni tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar keçirmişdir. ...

Ardını oxu

Cənub Regional Mərkəzi mülki müdafiəni tədris edən sinif rəhbərləri üçün kurslar keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 4-13 sentyabr 2018-ci il tarixlərində Mərkəzin əhatə etdiyi ərazi üzrə müvafiq rayonların ümumtəhsil orta məktəblərində və onlara bərabər tutulan təhsil müəssisələrində mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar təşkil etmişdir.  ...

Ardını oxu