Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 27 sentyabr 2017-ci il tarixində Abşeron rayonu Hüseyn Axundov adına Saray 3 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.
Tədbirin keçirilməsində məqsəd müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin və Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.
Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar nümayiş etdirilmişdir.
Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılmışdır.
12-13 dekabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə ititifaq üzvü olan, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində və Xüsusi Riskli Xilasetmə Xidmətində çalışan bir qrup fəal əməkdaş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə Heydər Əliyev Mərkəzində......
Ardını oxu13 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbində, Psixiatriya xəstəxanasında, Sumqayıt ...
Ardını oxu13 dekabr 2019 –cu il tarixində “Azərbaycan Respublikası yol hərəkətinin təhlükəsizliyinə dair 2020-2024 –cü illər uçun Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası......
Ardını oxu