Geri

FHN-in Muğan Regional Mərkəzi rayon müşavirəsi keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 13 sentyabr 2017-ci il tarixində nazirliyin digər qurumlarının iştirakı ilə İmişli rayon İcra Hakimiyyətində “Fövqəladə halların proqnozlaşdırılması, profilaktik tədbirlərin həyata keçirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində Mərkəz ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili və gücləndirilməsi” mövzusunda rayon müşavirəsi keçirmişdir. Müşavirədə icra hakimiyyətinin rəhbər işçiləri, İmişli rayon fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, FHN Muğan Regional Mərkəzin, Muğan  Regional  Dövlət Yanğın Nəzarəti idarəsinin, İmişli rayon DYMH-nin, Muğan Regional Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Müfəttişliyinin əməkdaşları iştirak etmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən Nazirliyin respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlərdən, Muğan Regional Mərkəzin əhatə etdiyi xidməti ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumatlar verilmişdir. İcra sturukturları ilə Mərkəz arasındakı qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd edilərək, həyata keçirilən tədbirlər zamanı meydana çıxan problemlərin həllinə nail olmaq üçün bu cür müzakirələrin aparılmasının vacibliyi vurğulanmışdır.

Daha sonra Muğan Regional Mərkəzin monitorinq qruplarının İmişli rayon ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən slaydlar nümayiş etdirilmiş, problemlər diqqətə çatdırılmışdır.

Tədbir zamanı İmişli rayon ərazisində yüksək təzyiqli qaz və yüksək gərginlikli  elektrik hava xətlərinin mühafizə zonalarında və ictimai yaşayış binalarının ətrafında inşa edilmiş müxtəlif təyinatlı tikililərlə bağlı mövcud problemlərə toxunulmuş və icraedici orqanlara tövsiyyələr verilmişdir.

Digər məlumatlar

FHN Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

24 may 2018-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-nin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 24 may 2018-ci il tarixində Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı beynəlxalq turnirdə gümüş medal qazanmışdır

16-20 may 2018-ci il tarixində Rusiya Federasiyasının Xabarovsk şəhərində K.Karatkov adına beynəlxalq boks turniri keçirilmişdir. ...

Ardını oxu