Geri

Qəbələdə keçirilən səmti müəyyən etmə idman növü üzrə FHN-in V ölkə çempionatının qalibləri məlum olmuşdur

Sentyabrın 13-də Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubu və FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən birgə keçirilən səmti müəyyən etmə idman növü üzrə FHN-in V respublika çempionatının final mərhələsi başa çatmışdır.

Qəbələ rayonundakı meşə massivində keçirilən yarışın bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev, FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək bildirmişlər ki, FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə idman növü üzrə V ölkə çempionatında 19 qurumdan 19 komanda olmaqla 91 kişi və 5 qadın idmançı iştirak edib. İki gün davam edən yarışın final mərhələsində nazirliyin qurumlarının əməkdaşları komanda və şəxsi birincilik üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Natiqlər səmti müəyyən etmə idman növü üzrə ölkə çempionatında ilk 3 yeri tutan əməkdaşları, komandaların üzvlərini təbrik edib, ölkəmizdə bu idman növünün inkişafı üçün görülən işlərdən, əldə edilən uğurlardan danışıblar.

Məlumat verilib ki, FHN əməkdaşlarının baş verə biləcək fövqəladə hadisələrə hazırlığını yoxlamaq məqsədilə meşə şəraitində keçirilən bu yarışdan öncə baş hakim tərəfindən püşkatma mərasimi, komanda nümayəndələrinin toplantısı, eləcə də idmançılar üçün seminar keçirilib. Sonra kişi və qadın iştirakçılar kompas və xəritədən istifadə etməklə 4 kilometr məsafədə yerləşən 11 nəzarət məntəqəsini hamıdan tez taparaq finiş xəttinə çatmaq uğrunda mübarizə aparıblar. Burada hər bir idmançıya 2 saat vaxt verilib.

Yarışda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası birinci, nazirliyin Mərkəzi aparatının komandası ikinci, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin komandası üçüncü yeri tutub. Qızlar arasında şəxsi yarışlarda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva birinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Arzu Eyvazova ikinci, Cənub Regional Mərkəzinin əməkdaşı Nigar Məmmədova üçüncü yeri tutub. Kişilərin yarışında isə FHN-nin Aviasiya Dəstəsinin əməkdaşı Pərvin Əliyev birinci, Dövlət Yanğından Mühafizə Xidmətinin işçisi Şahin Həmidov ikinci, Mülki Müdafiə Qoşunlarının əməkdaşı Şükür Şükürlü üçüncü yerə çıxıb. Sonda qaliblərə medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, FHN-in əməkdaşları səmti müəyyən etmə idman növü üzrə Azərbaycan milli yığma komandasının heyətinə cəlb olunaraq dünya və Avropa çempionatlarında iştirak edəcəklər.  

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Ağstafa rayon İcra Hakimiyyətində "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət" mövzusunda seminar-müşavirə keçirmişdir....

Ardını oxu

FHN Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir

21 sentyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi işçilərinin və Dövlət Sularda Xilasetm Xidməti işçilərinin Həmkarlar İttifaqı komitələrinin hesabat-seçki konfransı keçirilmişdir...

Ardını oxu

FHN Tibb Xidməti işçilərinin Həmkarlar İttifaqı komitəsində hesabat-seçki konfransı keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Tibb Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir....

Ardını oxu