Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir

12 sentyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir.

İlk olaraq Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək hesabat-seçki konfransının işini açıq elan etmiş, rəhbərlik etdiyi ittifaq və görülmüş işlər haqqında məlumat vermişdir.

Mehman İsmayılov çıxışı zamanı komitə üzvlərinə iş zamanı əməyin texniki təhlükəsizliyi qaydalarına əməl etmələri barədə öz tövsiyyələrini vermiş, DYMX əməkdaşlarının əməyini yüksək qiymətləndirmiş, son günlər Qəbələ rayonu ərazisində və qonşu Gürcüstan respublikasında baş vermiş meşə yanğınlarının söndürülməsində göstərdikləri peşəkarlığı yüksək dəyərləndirmiş və çıxışının sonunda konfransın işinə uğurlar arzulamışdır.

Dövlət Yanğından Mühafizə Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki  Rasim Kərimovun  geniş hesabat məruzəsi dinlənilmişdir.

Natiq bildirmişdir ki, hesabat dövrü Dövlət Yanğından Mühafizə Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsi fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qərar, göstəriş və tövsiyələrini üzvlər arasında təbliğ edilməsi əsasında qurmuşdur. Həmçinin, komitə tarixi və əlamətdar günlərin, ictimai-siyasi bayramların, milli adət ənənələrimizin təbliğinə həsr olunmuş tədbirlərin keçirilməsi, işçilərin ad günlərinin keçirilməsi, sosial vəziyyətləri aşağı olan əməkdaşlara maddi və mənəvi köməklik göstərilməsi, işçilərin sağlamlıqlarının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsində bütün səy və bacarığını əsirgəməmişdir.

Konfransın sonunda, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov çıxış edərək, həmkarlar ittifaqının zəruriliyi barədə söhbət açmışdır.

Konfransda Dövlət Yanğından Mühafizə Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Rasim Kərimov yenidən sədr seçilmişdir.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 20 sentyabr 2017-ci il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lerik şəhər 2 nömrəli orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 20 sentyabr 2017-ci il tarixində Hacıqabul rayonu 10 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilaçılığı və Şimal-qərb Regional DYNX-nın iştirakı ilə 19 sentyabr 2017-ci il tarixində Ağsu rayonunun ictimai-siyasi qəzeti olan “Ağsu” qəzeti redaksiyasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir....

Ardını oxu