Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

12 sentyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi FHN-in yerli strukturlarının əməkdaşları ilə birgə Ağcabədi şəhər Uşaq Poliklinikasında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. Tədbirin keçirilməsində məqsəd səhiyyə işçilərinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə nail olmaqdır. Müəssisənin rəhbər işçilərinin, həkim və tibb bacılarının qatıldığı tədbirdə Mərkəz əməkdaşları “Zəlzələ”, “Sel və daşqın”, “Əyində geyim yanarkən davranış qaydaları”, “101” və “112” qaynar xəttinə müraciət qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları” və “Odsöndürən balonlardan istifadə qaydaları” mövzularında çıxışlar etmişlər.

Sonda suallar cavablandırılmış, iştirakçılara təbliğat materialları paylanmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi seminar-müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Ağstafa rayon İcra Hakimiyyətində "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı fəaliyyət" mövzusunda seminar-müşavirə keçirmişdir....

Ardını oxu

FHN Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir

21 sentyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi işçilərinin və Dövlət Sularda Xilasetm Xidməti işçilərinin Həmkarlar İttifaqı komitələrinin hesabat-seçki konfransı keçirilmişdir...

Ardını oxu

FHN Tibb Xidməti işçilərinin Həmkarlar İttifaqı komitəsində hesabat-seçki konfransı keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Tibb Xidməti işçilərinin Həmkarlar İttifaqı Komitəsində hesabat-seçki konfransı keçirilmişdir....

Ardını oxu