Geri

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinə yekun vurulmuşdur

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və FHN işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyi 2017-ci il sentyabrın 8-də başa çatmışdır.

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin zonalar üzrə keçirilmiş birinci mərhələsinin final mərhələsinə vəsiqə qazanmış qaliblərin iştirak etdiyi yarışda 12 komanda və 150 idmançı 3 mərhələdə - təlim qülləsinə qalxmaq, 100 metrlik maneə zolağını dəf etmək və döyüş açılışı üzrə yarışlarda öz qüvvələrini sınamışlar.

Respublika birinciliyinin başa çatması münasibəti ilə DYMX-nin İdman-məşq kompleksində təntənəli mərasim keçirilmişdir. Tədbirdə FHN işçiləri Həmkarlar İttifaqının sədri  Mehman İsmayılov, Dövlət Yanğından Mühafizə Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Azad Əliyev çıxış edərək bu gün ölkəmizdə, o cümlədən Fövqəladə Hallar Nazirliyində idmanın tərəqqisinə göstərilən qayğıdan danışmış, yanğınların söndürülməsində tətbiq edilən döyüş hərəkətləri kompleksindən ibarət olan yanğın-xilasetmə idman növünün inkişaf etdirilməsinin, bu sahəyə əməkdaşların daha çox cəlb olunmasının vacibliyini vurğulamışlar.

Sonra yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin qalibləri elan olunmuşdur.

Döyüş açılışı üzrə yarışda Səbail rayon DYMH-nin  komandası 1-ci  yerə,  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 1-ci komandası 2-ci yerə, Xətai rayon DYMH-nin  komandası isə 3-cü yerə çıxmışdır.

Hücum nərdivanı yarışı üzrə 1-ci yerə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 1-ci komandasından  Asəf İbrahimov, 2-ci yerə Səbail rayon DYMH-nin əməkdaşı Əmin Kərimxanlı, 3-cü yerə isə Nəsimi rayon DYMH-nin əməkdaşı Seymur Məmmədov çıxmışdır.

100 metrlik maneəli zolaq üzrə yarışda isə  qalib  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 1-ci komandasını təmsil edən Anar Quliyev olmuşdur. Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşı Vüsal Tahirov 2-ci yeri,  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 1-ci komandasından Heydərov Rövşən isə 3-cü yeri tutmuşdur.

Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin nəticələri ümumiləşdirilərək komanda üzrə qaliblər müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 1-ci komandası yarışın komanda üzrə qalibi olmuşdur. 2-ci yerə  Səbail rayon DYMH-nin, 3-cü yerə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin komandaları  layiq görülmüşdür.

Qaliblərə  medal və diplomlar, qiymətli hədiyyələr təqdim edilmişdir.

 

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 22 noyabr 2017-ci il tarixində Sumqayıt şəhərindəki Qubadlı rayonu Çardaxlı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi 22 noyabr 2017-ci il tarixində Qusar rayonu Suvacal kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının iştirakı ilə 21 noyabr 2017-ci il tarixində Qax rayonu Zəyəm kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə məktəbin kollektivi......

Ardını oxu