Geri

FHN Sumqayıt Regional Mərkəzi tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə 08 sentyabr 2017-ci il tarixində “Evrascou” ASC-nin istehsalat  bazasında “Baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi və xilasetmə işinin təşkili zamanı peşəkarlığın artırılması” mövzusunda tədbir keçirilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd Sumqayıt Regional Mərkəzinin əhatə etdiyi ərazidə potensial təhlükəli obyektlərdə baş verə biləcək fövqəladə hadisə zamanı çevik reaksiya verilməsi və nəticələrin vaxtında aradan qaldırılması işini təşkil etməkdən ibarət olmuşdur.

Tədbir zamanı şərti olaraq Abşeron rayonunun şimalında 7.5 bal gücündə baş vermiş zəlzələ nəticəsində “Evrascou” ASC- nin istehsalat  bazasında istehsalat qəzaları və partlayış baş vermiş, yanğınlar və uçqunlar olmuş, çoxlu sayda insan xəsarət almışdır.

Hadisə barəsində məlumat alan Sumqayıt Regional Mərkəzinin qüvvə və vasitələri dərhal hadisə yerinə cəlb olunmuşdur. Yaradılmış qərargaha daxil olmuş məlumatlara əsasən xilasetmə və yanğınsöndürmə əməliyyatlarına başlanılmışdır. Zərərçəkənlərə isə Sumqayıt Regional Mərkəzinin tibb işciləri tərəfindən ilk tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılmışdır.

Uğurla keçən tədbirin sonunda təlimin gedişatı qiymətləndirilmiş, nöqsanlar araşdırılmış və bunların gələcəkdə aradan qaldırılması üçün təkliflər verilmişdir.

Digər məlumatlar

Gəncədə “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə 22 iyun 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində “Ümummilli lider Heydər Əliyev və Silahlı Qüvvələr” mövzusunda elmi-praktik konfrans keçirmişdir....

Ardını oxu

Füzuli rayon Mərkəzi Xəstəxanasında rəhbər heyətin mülki müdafiə məşqi keçirilmişdir

FHN Qarabağ Regional Mərkəzi 22 iyun 2018-ci il tarixində Füzuli rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda mülki müdafiə məşqi keçirmişdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir

22 iyun 2018-ci il tarixində  Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu