Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 08 sentyabr 2017-ci il tarixində Zərdab şəhər Mədəniyyət və turizm şöbəsinin kollektivi, şəhər Mərkəzi kitabxanasının işçiləri ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə müxtəlif xarakterli təbii və texnogen xarakterli fövqəladə halların, meşə yanğınlarının yaranma səbəbləri, ilkin xəbərdarlıq sisteminin əhəmiyyəti və çimərlikdə təhlükəsizlik qaydaları kimi mövzular geniş müzakirə olunmuşdur.

Toplantıda  “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, “Sel və daşqınlar zamanı davranış qaydaları” “Od söndürücü balonlardan istifadə qaydaları” “Çimərlikdə davranış qaydaları”, "Məişətdə yanğın, meşə yanğınları” və “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş etdirilmişdir. 

Sonda suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 22 fevral 2018-ci il tarixində Səbail rayonundakı 189-190 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 22 fevral 2018-ci il tarixində Səbail rayonunda yerləşən 7 nömrəli tam orta məktəbdə yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir.  ...

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçiləri ilə maarifləndirmə işi aparılmışdır

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə 22 fevral 2018-ci il tarixində Siyəzən rayon Balaca Həmyə kəndinin......

Ardını oxu